Atasını qatil edən qız həbs edildi

28 Mart 2018 10:30 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hamilə qalan 15 yaşlı qız atasından qorxaraq, uşağın atasının Məhəmməd Rəşid Yıldırım adlı gənc olduğunu bildirib. Qəzəblənən ata həmin gənci öldürüb. Lakin sonradan ekspertiza Məhəmməd Rəşidin günahsız olduğunu açıqlayıb və uşağın atasının başqası olduğunu bildirib. Beləliklə, yeniyetmə qız "iftira atmaq"da ittiham olunaraq həbs edilib.