ABŞ-da qaradərili gənci vuran polislər cəzalandırılmadı

28 Mart 2018 11:03 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Luziana ştatının baş hakimi bu gün verdiyi açıqlamada Bleyn Salamoni və Hovyi Leyk adlı iki polisin, qaradərili gənci vurarkən qanuni addım atdığını bildirib. Baş hakim bu qərarı iki il ərzində araşdırma aparılandan sonra açıqlayıb və bunu qaradərili gəncin silahlı olması ilə əlaqələndirib.