Myanmarda yeni prezident seçildi

28 Mart 2018 11:15 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yeni prezident 66 yaşlı U Vin Mint olub. Myanmarda prezident, parlament tərəfindən seçilən üç vitse-prezidentdən biri olur. Bu dəfə vitse-prezidentlər arasından ən çox səsi U Vin Mint toplayıb.

Qeyd edək ki, yeni prezidentin leyhinə 403 deputat səs verib.