Ulduz aktyordan azərbaycanlı çobana dəstək - Video

28 Mart 2018 13:52 (UTC+04:00)

Bu barədə AzNews.az-a Pərvin Səfərovun özü məlumat verib. Ozan Akbaba Pərvin Səfərovun ifasında “Kor ərəbin mahnısı”nı dinləyib. Mahnını həddindən çox bəyəndiyini deyən aktyor onu öz rəsmi səhifəsində paylaşıb:

“Levent Günəşin sayəsində tanıdıq səni. Çox ürəkdən və doğru oxuyursan. Gözəl yolların olsun”.

Pərvin Səfərov qeyd edib ki, Ozan Akbaba instaqram-da onun bütün ifalarını dinləyir.

Bahar RÜSTƏMLİ
AzNews.az