Bakıda 90 məktəbli forması və 500 eynək...

28 Mart 2018 13:47 (UTC+04:00)

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmsi Şıxəliyev olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən 25 ədəd məktəbli forması və bir neçə ədəd eynək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.