Konqres yaxınlığında gülləbaran: 11 yaralı

12 Mart 2013 08:40 (UTC+04:00)



ANS PRESS-in verdiyi məlumata görə, Vaşinqton polisinin şefi Keti Lanir yaralılardan heç birinin həyatı üçün təhlükə olmadığını bildirib.

İnsident ABŞ Koqresinin yaxınlığında baş verib. Bir qrup adam yoxsul insanların yaşadığı binanın qarşısına toplaşıb. Hərəkətdə olan avtomobildən onlara tərəf atəş açılıb.

Adamlarının binanın qarşısına niyə toplaşdığı məlum deyil. Gülləbaranın baş verdiyi rayondan son illər abadlaşdırma işləri aparılır.