Görüşdə seçkilər öncəsi Mərkəzi Seçki komissiyası tərəfindən qeydə alınmış namizdlərə yaradılan şərait və seçicilərlə aparılan maarifləndirmə məsələləri müzakirə edilib. Eyni zamanda, seçkilərin təşkilində medianın rolu, jurnalistlərin seçki prosesində iştirakı ilə bağlı söhbətlər aparılıb.
Bolqarıstanın müşahidə missiyası həm QHT təmsilçilərinə, həm də media mənsublarına onları maraqlandıran suallar ünvanlayıblar. Qonaqların suallarını cavablayan media və QHT nümayəndələri bildiriblər ki, müstəqillik dövründə Azərbaycanda kifayət qədər seçki keçirilib. Ölkə vətəndaşları bələdiyyə, parlament, prezident seçkiləri, eləcə də referendumlarda iştirak edib, öz mövqelərini ortaya qoyublar. Təbii ki, bütün bu proseslər Azərbaycanda seçki mədəniyyəti və təcrübəsinin formalaşmasına imkan verib. Ötən seçkilərdə 3 faizlik səs baryerinə keçə bilməyən namizədlərə verilmiş vəsaiti geri almaq mümkün olmadığı üçün bu seçkilərdə vəsait namizədə deyil, birbaşa təbliğat kampaniyasına yönəldilib.
Bu prosesdə heç bir qanun pozuntusu olmadığını vurğulanıb.
Qeyd edilib ki, hazırda Azərbaycanda seçkilər kifayət qədər təcrübəli, peşəkar mütəxəssislər tərəfindən aparılır. Seçki administrasiyası işinin öhdəsindən yüksək səviyyədə gəlir. Ölkəmizdə seçkilər ölkə Konstitusiyası, Seçki Məcəlləsi və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq keçirilir.
Görşdə bəzi Qərb dairələrinin Azərbaycanda keçirilən seçkilərə qərəzli münasibət bəslədiyi də xüsusi vuyrğulanıb.
Görüş qarşılıqlı sual-cavab şəraitində davam edib.
Elgün Mənsimov
AzNews.az