Cəlilabadda zəncirvari qəza baş verdi

28 Mart 2018 18:14 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad şəhərinə girişin dairəvi hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillərlə “VAZ-2106” markalı minik maşını toquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.