Azərbaycanın müdafiə naziri Anıtqəbiri ziyarət etdi - Fotolar

28 Mart 2018 19:00 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Z. Həsənov həmçinin Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. H. Əliyevin parkdakı heykəli önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, Z.Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.