Mingəçevirdə 32 yaşlı kişi bıçaqlandı

28 Mart 2018 20:54 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü şəhər sakini Anar Yaşar oğlu Quliyev naməlum şəxslə mübahisə zəmnində bıçaqlanaraq ağır xəsarət alıb. Ona döş qəfəsindən bıçaq zərbələri vurulub. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.