Bacısının əri tərəfindən çəkiclə döyüldü - Bakıda

29 Mart 2018 09:00 (UTC+04:00)

"Report" xəbər verir ki, 1954-cü il təvəllüdlü Quliyev Mərkəz Faiq oğlu Binəqədi qəsəbəsində yaşadığı evdə bacısının həyat yoldaşı ilə əlbəyaxa dava edib.

Nəticədə ahıl kişi çəkiclə döyülüb. O, ağır bədən xəsarətləri alıb.

Yaralı qohumlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

AzNews.az