Mağazadan oğurluq edib yandırdılar

29 Mart 2018 09:39 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verirki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Bəxtiyar Musayevə məxsus ərzaq mağazasından naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilib və sonra izi itirmək məqsədi ilə mağaza yandırılıb. Mağaza sahibinin sözlərinə görə, 30-40 min manat dəyərində ona ziyan dəyib.

Bu barədə polis şöbəsinə məlumat verilib.

Faktla bağlı arşdırma aparılır.

AzNews.az