Arı zəhəri QİÇS-ə qarşı - Yeni kəşf

12 Mart 2013 09:21 (UTC+04:00)


Maddənin jel kimi istifadəsi HİV virusunun yayılmasının qarşısını alır. Vaşinqton Universitetinin tibb fakültəsinin mütəxəssislərinin qənaətinə görə, arının zəhər kisəsində olan və sancması ilə orqanizmə daxil olan bu maddə ətrafdakı sağlam hüceyrələrə zərər vermədən QİÇS-ə yol açan HİV virusuna qarşı effektli vasitədir.


Araşdırmaçılar bu maddəni jel halına gətirərək virusun yayılmasının qarşısını almağı nəzərdə tuturlar. Mütəxəssislərdən Joshua Hood bildirib ki, jeldən virusun sürətlə yayılması ehtimalı yüksək olan yerlərdə istifadəsi nəticəsində həm də başqalarına yoluxmasının qarşısını almaq mümkündür.

Arı zəhərindəki melittin adlı maddə HIV hüceyrələrində dəliklər açır, ancaq ətrafdakı digər hüceyrələrə zərər vermir. İndiyə qədər QİÇS müalicəsində istifadə edilən dərmanlar virusun vücudda yayılmasını yavaşladıb, ancaq arı zəhəri kimi virusun üzərinə birbaşa "hücuma keçməyib".

Elnarə Əlosmanqızı
AzNews.az