KXDR ilə Cənubi Koreya liderlərinin sammiti keçiriləcək

29 Mart 2018 10:35 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hər iki ölkənin nümayəndələri sammitə hazırlıq məqsədilə aprelin 4-də görüşəcəklər.

Qeyd edək ki, tərəflər arasında keçiriləcək sammit ilk dəfə deyil ki, baş tutur. Belə ki, bundan qabaq, 2007-ci ilin oktyabrında da iki ölkə arasında yüksək səviyyəli görüş baş tutub. İlk sammit isə 2000-ci ilin iyun ayında keçirilib.