“Azercell”in transformatorunu təmir edəndə öldü

29 Mart 2018 11:02 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə Yardımlı rayonunun Zevin kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə quraşdırılan “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan mühəndis, 1975-ci il təvəllüdlü Quliyev Xasay Ağakərim oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, X.Quliyev “Loginet” şirkətinin əməkdaşı olub.

AzNews.az