AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Misirin hazırkı prezidenti Əbdülfəttah əl-Sisi seçkilərdə 21,5 milyon səs toplayıb. Beləliklə də, o, 2018-2022-ci illər arasında Misirə rəhbərlik edəcək. Sisinin yeganə rəqibi Musa Mustafa Musa isə cəmi 721 min səs toplayıb.
Qeyd edək ki, səsvermənin rəsmi nəticələri aprelin 2-də açıqlanacaq.