"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, institutla bağlı müvafiq sifarişlər verilib, qəbul olunacaq tələbələrin sayı, ixtisaslar müəyyənləşib: "Lakin hələlik İlahiyyat İnstitutu üçün yer ayrılması məsələsi açıq qalıb. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ də həllini tapacaq. Əgər bu il görülən işlər davamlı olarsa, bina məsələsi həllini taparsa, İlahiyyat İnstiutuna qəbul həyata keçiriləcək".
AzNews.az