AzNews.az xəbər verir ki, avtobusda qadınlardan biri gənc oğlandan nəzakətli oturmasını məsləhət görür. Buna əsəbləşən oğlan “mənə əl vurana sillə vururam” deyə qadını hardan gəldi yumruqlayıb. Bu zaman sərnişinlər sürücüdən avtobusu saxlamasını tələb edirlər. Oğlanın avtobusdan düşürülməsini tələb edən qadınlar da həmin gənc tərəfindən təhqir olunaraq döyülür...
AzNews.az-a daxil olan məlumata görə, sərnişinləri təhqir edərək yumruqlayan gənc artıq polis tərəfindən saxlanılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə 65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən davaya təəssüf hissi keçirdiyini deyib:
“Təəssüf ki, cəmiyyətimizdə bu cür hallarla rastlaşırıq. Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu, birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir. Heç bir hal kiməsə qarşı, xüsusən də qadına və yaşlı insana qarşı aqressiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcək”.
Bahar RÜSTƏMLİ
AzNews.az