Tanınmış reper həbs ediləcək

29 Mart 2018 13:00 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, daha çox DMX ləqəbi ilə tanınan reper Erl Simmons 1,7 milyon dollar həcmində pulu vergidən yayındırdığına görə həbs ediləcək. Bu barədə Nyu-York məhkəməsi qərar verib.

Qeyd edək ki, bu reperin ilk həbsi omayacaq. O, bundan qabaq da aliment ödəmədiyi üçün iki aydan çox həbs cəzası çəkib.