Ərdoğan Kılıçdaroğluya təzminat davası açdı

29 Mart 2018 13:19 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Kılıçdaroğlunun "FETÖ-nün bir nömrəli siyasi dayağı, Prezidentlik kürsüsünü zəbt edən şəxsdir" sözlərini deməsi olub. Buna görə də Ərdoğan Kılıçdaroğluya qarşı 250 min lirəlik təzminat davası açıb.

Qeyd edək ki, Ərdoğan Kılıçdaroğluya qarşı bundan əvvəl də bir neçə dəfə təzminat davası açıb.