Bir-birinə bitişik evlər yandı - Bakıda

29 Mart 2018 14:12 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 48 m2 olan birmərtəbəli 2 otaqlı ev (taxta konstruksiyalardan ibarət) və ona bitişik, ümumi sahəsi 89 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağı 18 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Yanğın müvafiq yanğın bölmələri tərəfindən söndürülüb.​