Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir - Video

29 Mart 2018 17:53 (UTC+04:00)

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur. Atışların dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə artilleriya bölmələri müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edirlər.