Bakıda avtobus qəzaya uğradı

29 Mart 2018 21:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Koroğlu-Zabrat istiqamətində hərəkət edən 198 saylı marşrut avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı kafelərdən birinin divarına çırpılıb.

Nəticədə xoşbəxtlikdən sərnişinlərdən ciddi xəsarət alan olmasa da, avtobusun ön hissəsi yararsız hala düşüb.