Azərbaycan “Şimal-Cənub” layihəsinin əsas investorudur - Foto

29 Mart 2018 22:51 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat elmləri doktoru Elşad Məmmədov deyib.

E.Məmmədov qeyd edib ki, bu layihə nəinki iştirakçı ölkələrin infrastrukturlarının inkişafına təkan verəcək, eləcə də həmin dövlətlərin iqtisadiyyatına multiplikativ təsir göstərəcək:

Dünya iqtisadiyyatının mərkəzi tədricən Çin və Hindistan kimi ölkələrin yerləşdiyi Asiya regionuna keçir. Bu baxımdan Asiya ilə Avropanı birləşdirən nəqliyyat layihələrinə qoyulan investisiyalar çox perspektivlidir, çünki daşımaların həcmi ildən-ilə artır”.

E.Məmmədov onu da əlavə edib ki, Azərbaycan “Şimal-Cənub” layihəsinin əsas investorudur:

Əlbəttə ki, layihənin dayanıqlı üstünlüklərini formalaşdırmaq üçün investisiya qoymaq lazımdır. Bu təsadüfi deyil, çünki İran və Rusiya regionun iri iqtisadi iştirakçılarıdır və Azərbaycan bu ölkələrlə iş zamanı təşəbbüs göstərməlidir”.