Gəncədə 24 yaşlı gənc bıçaqlandı

29 Mart 2018 22:58 (UTC+04:00)

AzNews.az Report-a- istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 24 yaşlı Əkbərov Muzamil İlham oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Qarın nahiyəsindən bıçaqlanan şəxsin hansı şəraitdə və kim tərəfindən xəsarət aldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.