Maduro Rusiyanın mövqeyini dəstəklədi - Skripal məsələsi

30 Mart 2018 10:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Maduro ölkəsinin Rusiya ilə həmrəy olduğunu bildirib. Bir çox ölkələrin rus diplomatları ərazilərindən çıxarmasına münasibət bildirən Venesuela prezidenti bunu "gərginliyin artmasına və qlobal qeyri-sabitliyə gətirib çıxaracaq" addım kimi qiymətləndirib.

Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsi iddiası ilə bir çox dövlətlər rus diplomatları ölkədən qovub.