Evində özünü asdı

30 Mart 2018 11:44 (UTC+04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Mais Mirkazım oğlu Əsgərov evində özünü asıb.

Onun meyiti yaxınları tərəfindən aşkar olunub.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Məlumata görə, iki uşaq atası olan M.Əskərov həyat yoldaşından iki il əvvəl ayrılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az