Jurnalistləri təhqir edən institut direktoru bir az da coşdu: “Cəhənnəmə əsəbləşsinlər, heç vecimə də deyil!”

30 Mart 2018 11:54 (UTC+04:00)

İnstitutun direktoru Ramiz Məmmədov AzNews.az-a açıqlamasında, bütün bunlara Telman Zeynalovun səbəb olduğunu deyib:

“Bir də təsdiq edirəm. Azərbaycan jurnalistləri savadsızdır. Biri mənim dilimdən yazıb, guya demişəm ki, Azərbaycanda qar yağmayacaq. Məni biabır ediblər. "Dılğır"ın, "başdanqrija" adamın müsahibəsini yayımlayıb. Ölsün o akademik, yerə girsin ki, bu sözləri deyib. Telman Zeynalov var, "başdanqrija", ginekologiyadan da danışır, ekologiyadan da... hələ bir iqtisadiyyatdan da (Telman Zeynalov - Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri - red.) Ölsün, yerə girsin. Guya məni təkzib edib. Buna kim əsəbləşməz ki?..”

Ramiz Məmmədov məsələnin sosial şəbəkə və mediada hiddət doğurmasından da danışıb: “Cəhənnəmə əsəbləşsinlər, mənim heç vecimə də deyil. Sözümün sahibiyəm. Son zamanlar Azərbaycanda savadlı jurnalistə rast gəlməmişəm”.

Qeyd edək ki, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov "modern.az"a açıqlamasında azərbaycanlı jurnalistləri təhqir edib. Direktor onları "küçük" adlandırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az