DİN-dən AzNews.az-a verilən məlumata görə, araşdırmalarla 2011-ci ilin sentyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynovun yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirməsi, sonra onun meyitini qardaşı Adillə birgə həyətdəki tikilinin zirzəmisində basdırmaları müəyyən edilib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin basdırıldığı, hazırda Aydın Hüseynovun yaşadığı evin zirzəmisinə baxış keçirilib.