Afrində 3800 terrorçu məhv edilib - Ərdoğan

30 Mart 2018 13:09 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan çıxışında "Zeytun budağı" əməliyyatından da danışıb. O, bildirib ki, əməliyyat başlayandan bu günə qədər 3800 terrorçu məhv edilib.

Tüürkiyə prezidenti " Afrin əməliyyatında məqsədimizə nail olduq. Tel-Rifat başda olmaqla bəzi bölgələrə nəzarət etmək üçün əməliyyata davam edəcəyik. Menbiç də daxil olmaqla bu ərazilərdə terrorçulara qarşı mübarizəmiz davam edir", deyə bildirib.