Əhmədinejad köməkçilərinin həbsinə etiraz etdi - Foto

30 Mart 2018 14:43 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Əhmədinejad və tərəfdarları onun prezidentliyi dövründə köməkçiləri olmuş Həmid Bakayi və İsfəndiyar Rəhim Meşainin tutulmasına etiraz ediblər. "İmamzadə Saleh Türbəsi"nin önündə toplanmış insanlar hakimiyyətin qərarına qarşı çıxıblar. Aksiya sakit şəkildə başa çatıb.

Qeyd edək ki, Həmid Bakayi korrupsiyada ittiham olunaraq 15 il həbs və 80 qırmanc cəzasına məhkum edilib. Əhmədinejadın qayınatası İsfəndiyar Rəhim Meşai də məhkəmə qərarı ilə həbs olunub.