Etibar Məmmədov “Facebook inqilabı”ndan danışdı
12 Mart 2013 10:40 (UTC+04:00)
"Müvafiq qurumlar ölkədə "Facebook inqilabı"nın hazlrlanmaslna dair ittihamlara cavab verməlidirlər ki, Azərbaycanda belə şeylər baş verib, yoxsa yox".
Bunu AzNews.az-a AMİP-in fəxri lideri Etibar Məmmədov ABŞ-ın Milli Demokratiya İnstitutu vasitəsilə Azərbaycanda facebook inqilabı üçün 2 milyon vəsait ayırması ittihamı barədə suala cavabında bildirib. Mülahizələr əsasında hansısa fikir səsləndirməkdən uzaq olduğunu vurğulayan AMİP lideri hesab edir ki, jurlalistin irəli sürdüyü ittiham araşdırılmalıdır:
"Hansısa bir jurnalist ittiham irəli sürüb. Onun əsasında da təhqiqat başlanmalı və belə bir şeyin olub-olmadığı öyrənilməlidir. Fərziyyələr irəli sürmək jurnalistlərin işidir, bunu araşdırmaq isə müvafiq orqanların vəzifəsidir".
E.Məmmədov onu da əlavə edib ki, hansısa qurumun Azərbaycanda belə bir planı olması barədə məlumata malik deyil: "Bu barədə mənim heç bir məlumatım yoxdur. Bu məlumatın dəqiqləşdirilməsi də vəzifə borcuna görə səlahiyyətli müvafiq qurumların, insanların üzərinə düşür".
Gültəkin
AzNews.az