Fransa geri çəkildi: “Belə planımız yoxdur”

30 Mart 2018 15:59 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Fransa "kürdlərə kömək edəcəyimizə söz verdik" açıqlamasından sonra geri addım atıb. Belə ki, başda prezident Ərdoğan olmaqla Türkiyə rəsmiləri Fransanın bu addımına qarşı sərt mövqe tutublar. Bunun nəticəsində Fransa rəsmiləri geri addım atıblar və "Suriyanın şimalında yeni hərbi əməliyyat keçirmək barədə planımız yoxdur" deyiblər.