Bakıda püskürən vulkanla bağlı açıqlama

30 Mart 2018 16:25 (UTC+04:00)

RSXM-dan AzNews.az-a verilən məlumata görə, Altbulaq ərazisində Ayrantökən vulkanı püskürüb. Püskürmənin davametmə müddəti 2 dəq 24 saniyədir.

Qeyd edək ki, dünən saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb. Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib.

Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.