AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, prezident Lukaşenko məmurlara tapşırıq verib ki, onlar məhsulları satmaq üçün digər bazarlar tapsın.
Belarus lideri daha sonra "Rusiya bizi anlamır və anlamaq istəmirsə, bu onun öz məsələsidir. Biz Rusiya prezidentinin inaqurasiyasından sonra bu məsələni müzakirə edəcəyik. Siz isə digər bazarlara baxın. Bir bazarda daim qala bilməzsiniz" deyə məmurlara müraciət edib.