Rusiya bir neçə ölkənin diplomatlarını deportasiya edir

30 Mart 2018 17:18 (UTC+04:00)

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq 4 polşalı, 3 litvalı, 1 latviyalı, 1 finlandiyalı və 2 italyan Rusiyanı tərk edib. Eyni zamanda Hollandiya diplomatik missiyasının 2 əməkdaşı və Estoniya hərbi attaşesi də deportasiya ediləcək. Onlar Rusiyanı aprelin 7-dək tərk etməlidirlər.

Qeyd edək ki, bundan əvvəl bir çox ölkə Rusiya diplomatlarının deportasiya edilməsi ilə bağlı qərar qəbul edib.