Raket və artilleriya bölmələrinin təlimləri davam edir - Fotolar + Video

30 Mart 2018 18:31 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlər zamanı iştirak edən bölmələrin yürüş imkanları, eləcə də onların cəmləşmə rayonlarına çıxarılması, start və atəş mövqelərinin vaxtında və düzgün tutmaları yoxlanılıb.

Bu mərhələdə əsas diqqət qoşunların dayanıqlı, gizlin və operativ idarə olunmasına yönəldilib.

Təlimlə bağlı görüntüləri sizə təqdim edirik.: