“Azərsu” ASC-ə 14 milyon manat ayrıldı

30 Mart 2018 18:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 14 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.