Hollivud ulduzu ürəyindən əməliyyat olundu

30 Mart 2018 20:55 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünya şöhrətli Hollivud ulduzu, Kaliforniyanın keçmiş qubernatoru 70 yaşlı Arnold Şvartseneqqer ürəyində katetor qapağının əvəzlənməsi əməliyyatı keçirib.

Məşhuru Los-Ancelesdəki xəstəxanaların birinə yerləşdiriblər.

İlkin məlumatlara görə, çətin olmayan bir cərahiyyə əməliyyatı zamanı gözlənilmədən aktyorun vəziyyəti ağırlaşıb və qanaxma başlayıb. Həkimlərin ciddi səyləri nəticəsində məşhurun vəziyyəti stabilləşib və o nəzarət altındadır.