Bakı ilə bu şəhər arasında uçuşların sayı artacaq

30 Mart 2018 21:57 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Krasnoyarsk-Bakı marşrutu ilə uçuşları "İrAero" aviaşirkəti həyata keçirəcək, iyulun 18-dən isə "Nordwind Airlines" aviaşirkəti bu xətt üzrə reysləri işə salacaq.

Bildirilir ki, "İrAero" uçuşları yay uçuş cədvəli başa çatanadək, oktyabrın 27-dək hər həftənin şənbə günləri həyata keçirəcək.

"Nordwind Airlines" şirkəti isə iyulun 18-dən oktyabrın 24-dək hər həftənin çərşənbə günləri uçuşlar həyata keçirəcək.