Şimal bölgəsinə güclü qar yağdı

31 Mart 2018 09:45 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar yağıb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb.

Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 3-9 sm-dir.

AzNews.az