Bir gündə 95 cinayət faktı qeydə alındı

31 Mart 2018 10:45 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.