Usta barmaqlarını kəsdi

31 Mart 2018 13:11 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Bəhmən Mehman oğlu Allahverdiyev elektrik mişarı ilə işləyən zaman ehtiyatsızlıqdan əl barmaqlarını kəsib. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti kafidir.

AzNews.az