Şəhriyar Məmmədyarov FİDE reytinqindəki mövqeyini qoruyub

31 Mart 2018 14:52 (UTC+04:00)

"Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2814 xalla ikinci pillədəki mövqeyini qoruyub.

33 yaşlı şahmatçı birinci pillədə qərarlaşan Maqnus Karlsendən 29 xal geri qalır. İddiaçılar Turnirinin qalibi amerikalı Fabiano Karuana isə 3-cü yerdədir.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə isə Teymur Rəcəbov 18-ci, Rauf Məmmədov 38-ci və Arkadi Naydiç 44-cüdür.

AzNews.az