Müsəlman qadın ilk dəfə hicabla gözəllik müsabiqəsinə qatıldı - İngiltərədə

31 Mart 2018 15:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 20 yaşlı Mariya Mahmud "Miss Berminghem" adlı müsabiqədə iştirak edib, sonra "Miss İngiltərə" müsabiqəsinə qatılıb. Mariyanın sosial işçi peşəsi var. Mariya müsabiqədə iştirak etməklə müsəlman qadınlara qarşı mənfi stereotipləri aradan qaldırmaq niyyətindədir. O, xarici görünüşünün modelə görə olmadığını və hicabın belə yarışlarda tipik olmadığını nəzərə alaraq iştirak üçün ərizə ilə müraciət etdikdə müsbət cavab almasından təəccübləndiyini gizlətməyib. Buna baxmayaraq, qəbul edilib, hətta, müsəlman qadın finala yüksəlib. Jüri üzvləri şəxsən müsəlman qadının cəsarətini tərifləyiblər. Mariya yay aylarının ortalarında yuxarıda göstərilən yarışmanın növbəti mərhələsinə qatılmağı planlaşdırılır.