Təbii sərvətlərimizin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı cinayət işi açıldı

31 Mart 2018 15:30 (UTC+04:00)

Baş Prokurorluq və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətlərindən AzNews.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, aparılmış araşdırmalarla Ermənistandan Respublikasında və digər ölkələrdə hüquqi qeydiyyatdan keçmiş “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilanrayonu ərazisində yerləşən Vejnəli, Tərtər rayonu ərazisində yerləşən Dəmirli və digər əlvan metal yataqlarından külli miqdar təşkil edən qızıl və digər əlvan metalların hasilatının aparılmaqla qanunsuz gəlir əldə etmələri müəyyən edilib.

Araşdırmalar zamanı “Azərkosmos” ASC-nin “Azersky” peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilib.

min faktlar üzrə Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib.

Bununla yanaşı, ölkəmizin qızıl və digər əlvan metal ehtiyatlarının talanması faktları üzrə qısa zamanda beynəlxalq audit şirkətlərinin mütəxəssisləri cəlb edilməklə dəymiş ziyanın müəyyən edilərək “AzerGold” QSC ilə birlikdə iqtisadi mübahisələr üzrə müvafiq beynəlxalq məhkəməyə, həmçinin işğal olunmuş ərazilərdə qanunsuz hasilatla məşğul olan şirkətlərin qeydiyyatdan keçdiyi ölkələrin hüquq mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulub.