Bərdədə evləri su basdı

31 Mart 2018 15:49 (UTC+04:00)

"Report"un Qarabağ bürosunun məlumatına görə, ötən gün yağan yağış yollarla bərabər, yaşayış məntəqələrində də acınacaqlı vəziyyət yaradıb.

Şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb, bəzi evləri su basıb.

Yağış küçələrdə gölməçələr əmələ gətirib. Rayonun mərkəzi küçələri və avtomobil yolları su içində qalıb.

AzNews.az