Oğrular tutuldu

31 Mart 2018 17:00 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Namiq Cəfərov saxlanılıb.

Habelə, Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 10-da və 30-da rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Malik Mayılov da tutulub.