Mağazasını ikinci dəfə yardılar

31 Mart 2018 19:27 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında şəhərin 20 Yanvarküçəsində yerləşən mağazada qeydə alınıb. Alim Namət oğlu Məmmədov ona məxsus ərzaq mağazasından 8 min manatlıq oğurluq edildiyini bildirib.

Bu, müharibə veteranı olan A. Məmmədova məxsus mağazadan ikinci oğurluq hadisəsidir. İlk hadisə ötən il baş verib.

Hadisə barədə rayon Polis Şöbəsinə məlumat verilib.

AzNews.az