Türkiyə 2026 Qış Olimpiada oyunlarına rəsmi namizəd oldu

31 Mart 2018 20:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Ərzurum şəhərinin millət vəkili Mustafa İlıcalı deyib. O bildirib ki, martın 21-i Türkiyə Milli Olimpiada Komitəsi 2026-ci il Qış Olimpiada oyunları üçün artıq Beynəlxalq Olimpiada Komitəsinə müraciət edib:

“Hazırda İsveç, İsveçrə, Avstriya, Kanada və Türkiyədən isə Ərzurum olmaqla, 5 namizəd var. Prezident Ərdoğan olimpiadanın Ərzrumda baş tutacağını bildirdikdən sonra fasiləsiz çalışırıq. BOK aprelin 2-də bütün namizədlərin adını açıqlayacaq. Şəhərimizə, millətimizə xeyirli olsun”. (Axar.az)